MEDİA Agentliyi tərəfindən 300 nəfərə yaxın gəncin iştirakı ilə “Media savadlılığı” konfransı keçirilib
09 Dekabr 2022, 16:42
09 Dekabr
2022
16:42
358
Dekabrın 9-da Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə media savadlılığı mövzusunda məlumatlılığın artırılması məqsədilə Bakı şəhəri və regionlarda yaşayan 300 nəfərə yaxın gəncin iştirakı ilə Bakı Gənclər Mərkəzində "Media savadlılığı” konfransı keçirilib.
Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyev və Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov vurğulayıb ki, hazırda elektron informasiya cəmiyyətinin əhatə dairəsinin sürətlə genişlənməsi, rəqəmsal reallıq şəraitində məlumatlara əlçatanlığın asanlaşması, cəmiyyətin məlumatın obyektiv tərəfini müəyyənləşdirməkdə çətinliklərlə qarşılaşması media savadlı istehlakçıların yetişdirilməsinə zərurət yaratmaqla yanaşı, medianın öz peşəkar funksiyasını effektiv yerinə yetirməsi istiqamətində ardıcıl və təxirəsalınmaz addımların atılmasını tələb edir.
Daha sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun moteratorluğu ilə "Müasir informasiya mühitində media təhsili” mövzusunda panel sessiya keçirilib.
Panel sessiyada çıxış edən Azərbaycan Respublikasının elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli bildirib ki, məktəbdə və məktəbdənkənar hazırlanan və tədris edilən proqramlar, təlimlər, konfranslar, rəqəmsal media bacarıqlarının təkmilləşdirilməsinə və media məlumatlılığının artırılmasına istiqamətlənən tədbirlər gənclərin sosial-mədəni potensialının gücləndirilməsi, eləcə də cəmiyyətin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxışında gənclər arasında media savadlılığının artırılması üçün maarifləndirmə işlərinin genişləndirilməsinin, həmçinin məlumat istehsalı və istehlakı proseslərində savadlılıq anlayışının müasir dövrün tələblərinə uyğunlaşdırılmasının vacibliyini vurğulayıb.
Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev diqqətə çatdırıb ki, beynəlxalq təcrübəyə nəzər saldıqda, media savadlılığının formal təhsil səviyyəsində tədris edilməsinin uşaq, yeniyetmə və gənclərin medianın mənfi təsirlərinə qarşı məlumatlılığının artırılmasında mühüm qoruyucu rol oynadığını görə bilərik.
Çıxışı zamanı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev qeyd edib ki, araşdırmalar göstərir ki, media savadlılığı üzrə göstəriciləri yüksək olan ölkələr tərəfindən media savadlılığının artırılması istiqamətində ən çox istifadə edilən strategiya mövzunun bir çox səviyyələrdə tədris sisteminə daxil edilməsi və bununla bağlı koordinasiyalı tədbirlərin görülməsidir.
Daha sonra "Gənclərin ictimai və sosial inkişafında media savadlılığının əhəmiyyəti” mövzusunda ikinci panel sessiya keçirilib. Panel sessiyaya moderatorluq edən "ASAN Radio”nun direktoru Emin Musavi MEDİA Agentliyi ilə birgə həyata keçirilən "Smart media” layihəsinin əhəmiyyətini vurğulayıb.
Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İndira Hacıyeva qeyd edib ki, media savadlılığının artırılması medianın mənfi nəticələrini minimuma endirmək, rəqəmsal platformalarda iştirakın potensial zərərli təsirlərini azaltmaq, eləcə də gənclərə rəqəmsal dünyada tənqidi istehlakçılar və yaradıcılar olmağa kömək etmək üçün ən əsas alətlərdəndir.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bildirib ki, qlobal informasiya mühitinin modernləşməsi bir çox həssas istifadəçi qrupları, yəni uşaq, yeniyetmə və gəncləri medianın mənfi təsirlərinin birbaşa hədəfi halına gətirir. Ona görə də, beynəlxalq təcrübədə bu sahədə görülən işlər ilkin olaraq gənclər üçün maarifləndirmə və təhsil proqramlarının icrası istiqamətindədir.
ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media proqramının rəhbəri Şəfəq Mehrəliyeva media savadlılığı bacarıqlarının artırılmasının məqsədindən, media kontentinin dəyərləndirilməsi ilə bağlı geniş və davamlı xarakter daşıyan maarifləndirmə işlərinin aparılmasının vacibliyindən danışıb.
Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev son illərdə ölkədə informasiya kommunikasiya texnologiyaları sektorunun sürətlə və dinamik şəkildə inkişaf etməsinin gənclər arasında media savadlılığının artırılmasını, bununla bağlı koordinasiyalı tədbirlərin görülməsini zəruri etdiyini vurğulayıb.
Konfrans çərçivəsində MEDİA Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova və Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Vəfa İsgəndərovanın təqdimatında gənclərin iştirakı ilə "Dezinformasiyaya qarşı: Faktların araşdırılması” mövzusunda vörkşop baş tutub.Daha sonra "TEDx” formatında "#MEDİAtalks” tədbiri keçirilib. "Rəqəmsal mediada təhlükələr: Dezinformasiya və kiberzorakılıq”, "İnformasiyanın gücü və məsuliyyəti”, "Media savadlı istehlakçıların formalaşdırılması” mövzularında çıxış edən İctimai Televiziyanın aparıcısı, "Cəhənnəmdə böyük çığırtı” və "Əsir düşərgəsi” kitablarının müəllifi Vüsalə Məmmədova dezinformasiyaların müxtəlif insanların həyatında yaratdığı mənfi təsirlərdən, media savadlılığının həyatımızda oynadığı önəmli roldan bəhs edib.
Sonda interaktiv müzakirə sessiyaları olub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM, SOSİAL
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM, SOSİAL
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
GÜNDƏM, SOSİAL
Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
GÜNDƏM, SOSİAL
Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
GÜNDƏM, SOSİAL
Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
GÜNDƏM, SOSİAL
Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
GÜNDƏM, SOSİAL
Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
GÜNDƏM, SOSİAL
"D&P Perfumum”dan Sevgililər gününə özəl kampaniya: 45 MANAT YOX, CƏMİ 25 MANAT
-
GÜNDƏM, SOSİAL
Mingəçevir əhalisinin seçimi bəllidir: BİR DAHA İLHAM ƏLİYEV