MEDİA könüllüləri üçün növbəti peşəkar inkişaf təlimi keçirilib

MEDİA könüllüləri üçün növbəti peşəkar inkişaf təlimi keçirilib
 
7NEWS.az xəbər verir ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Hüquq xidmətinin rəhbəri Raqsana Karimova tərəfindən MEDİA könüllülərinə "Media sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi:  "Media haqqında” Azərbaycan Respublikasının qanununa ümumi baxış" mövzusunda təlim keçirilib.

Təlim zamanı qanunun əhatə dairəsi, məqsədi, qanunda qeyd edilən əsas anlayışların mahiyyəti, Media Reyestri və digər mövzular barədə könüllülərə ətraflı məlumat verilib.

İnteraktiv təlim könüllülərin ünvanladığı suallar və qarşılıqlı fikir mübadiləsi ilə davam edib.
 
Açıklama yok.
Açıklama yok.

Xəbər lenti