“Qərbi Azərbaycana qayıdış çox tezliklə reallaşacaq” – PARTİYA SƏDRİ

“Qərbi Azərbaycana qayıdış çox tezliklə reallaşacaq” – PARTİYA SƏDRİ
 

"Biz öz əzəli torpaqlarımıza qayıdacayıq. Təbii ki, qayıdacayıq. Mütləq qayıdacayıq. Çünki məntiq bunu tələb edir. Tezliklə hər şey biz istədiyimiz kimi olacaq, şərtlər tamamən bizim xeyrimizə dəyişəcək və Azərbaycan vətəndaşları öz dədə-baba yurdlarına qayıdış sevincini yaşayacaqlar. Hər kəs kimi mən də buna əminəm” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev Qərbi Azərbaycana qayıdışla bağlı danışarkən bildirib.

"Cənab Prezident də dekabrın 24-də Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşündə öz konkret fikirlərini, prinsipial mövqeyini bir daha səsləndirdi və həmin mövqe hər zaman olduğu kimi Azərbaycan xalqı tərəfindən birmənalı şəkildə dəstəkləndi. Gerçəkdən də zamanında hakimiyyətdə təmsil olunan şəxslər tərəfindən böyük xəyanətlər olub, cinayətlər törədilib, səhlənkar qərarlar verilib və beləcə Azərbaycan parçalanıb. Ermənilər və onun stimulvericiləri isə sanki məqam gözləyiblər ki, öz məkrli niyyətlərini hər fürsətdə həyata keçirə bilsinlər.

Azərbaycan vətəndaşı, Azərbaycan xalqı nə istəyir? - Öz əzəli torpağına qayıtmaq, öz dədə-baba qəbrini ziyarət etmək, öz tarixi mahalında rahatca gəzmək. Və bu arzu reallaşacaq. Reallaşmalıdır. Mütləq reallaşmalıdır. Biz hər zaman hər şeyin sülh vasitəsilə həllini istəmişik. Biz hər zaman haqqın yanında olmuşuq. Biz hər zaman tarixi faktlara əsaslanmışıq. Həmin reallıq, həmin tarixi faktlar isə birmənalı şəkildə söyləyir ki, azərbaycanlıların ən təbii haqlarından, hüquqlarından biri də məhz öz tarixi torpaqlarına qayıtmaq, qayıda bilməkdir.” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti