“Qərbi Azərbaycana qayıdış Konsepsiyasının qəbulu siyasi və hüquqi müstəvidə yeni mərhələnin başlanğıcı olacaq” – Elşən Musayev

“Qərbi Azərbaycana qayıdış Konsepsiyasının qəbulu siyasi və hüquqi müstəvidə yeni mərhələnin başlanğıcı olacaq” – Elşən Musayev
 

"Qərbi Azərbaycana qayıdış Konsepsiyasının tez bir zamanda hazır olacağını, ərsəyə gələcəyini düşünürəm. Çünki bu istiqamətdə ciddi iş gedir. Eyni zamanda vurğulayım ki, həmin Konsepsiya hazır olandan sonra artıq bütün detallar, atılacaq addımlar təfsilatlı şəkildə elan ediləcək və həm hüquqi, həm də siyasi müstəvidə növbəti, yeni mərhələ başlayacaq” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Məlum qayıdış bizlər üçün prinsipial məsələdir. Ona görə də İcmanın fəaliyyətinə və vahid strategiyanın hazırlanmasına xüsusi diqqət göstərilir, bu istiqamətdə geniş təhlillər aparılır. Mövqe isə aydındır: Qayıdacayıq! Çünki tarixi faktlar da sübut edir ki, oralara qayıtmaq, öz dədə-babalarımızın qəbrini ziyarət etmək Azərbaycan vətəndaşlarının ən təbii haqqıdır.

Azərbaycan hazırda bütün dövrlərin ən güclü Azərbaycanıdır. Çünki bizim İlham Əliyev kimi liderimiz var. Çünki ölkədə təməli Ulu Öndər tərəfindən qoyulan məqsədyönlü siyasət uğurla davam etdirilir. Belə olan halda isə qarşıya qoyulan bütün məqsədlərə, hədəflərə çatacayıq. Mütləq çatacayıq. Buna hər kəs əmin olsun!” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti