Qüdrətli ordumuz bizim müzəffər və yenilməz xalq olduğumuzu nümayiş etdirib - MÜNASİBƏT

"26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə bütün əsgər və zabitlərimizi səmimi qəlbdən təbrik edirəm.”
Bunu 7NEWS.az-a açıqlamasında Milli Məclisin vitse-spikeri Adil Əliyev deyib: "Azərbaycan Silahlı Qüvvələri öz yüksəlişini Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44-günlük Vətən müharibəsində fədakarcasına və qəhrəmancasına qazandığı Zəfərlə təsdiq edib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi Silahlı Qüvvələrimiz daim qüdrətini, döyüş hazırlığını və peşəkarlığını inkişaf etdirir. Ermənistanla sərhəddə Laçın yolu üzərində sərhəd buraxılış məntəqəsinin bir güllə belə atmadan qurulması Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinin yeni bir təzahürüdür.
26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə bütün qazilərimizi, əsgər və zabitlərimizi ən xoş arzularımı çatdırıram. Allah bizə böyük zəfərimizi yaşadan şəhidlərimizə rəhmət etsin!”
"Müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət almışdır.”
Bunu 7NEWS.az-a açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib: "Ümummilli liderin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. O zaman bu qərarı vermək böyük cəsarət tələb edirdi. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı SSRİ rəhbərliyi laqeyd yanaşa bilməzdi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, Ümummilli Liderin mahir diplomatiyası və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almış, həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdır. 1993-cü ilin yayında ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı. Həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı. Ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başlandı. 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun "Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə "Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşulmuşdur. Azərbaycan hərbçiləri NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yeniliklərə yiyələnmiş və NATO standartlarına uyğunlaşdırılan Azərbaycan Ordusu modern orduya çevrilmişdir. Son illər ərzində Silahlı Qüvvələrin maddi-texniki təchizatı yenilənmiş,müasir infrastruktur yaradılmış, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüşdür. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi illərində xüsusilə müdafiə sənayesi sahəsindəki inkişaf ayrıca qeyd edilməlidir. Azərbaycanda son illərdə formalaşan və sürətlə inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Güclü və yenilməz Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. Rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olundu, haqq, ədalət öz yerini tapdı. Qürurla qeyd eduirik ki, Azərbaycan Ordusu bu gün dünyanın 50 ən güclü ordusu sırasında yer alıb. 44 günlük Vətən müharibəsi Ordumuzun gücünü dünyaya bir daha nümayiş etdirdi. Qüdrətli dövlətimiz, ordumuz və xalqımız bütün dünyaya bizim müzəffər və yenilməz xalq olduğumuzu nümayiş etdirib.”
"Artıq üçüncü ildir ki Azərbaycan Silahlı Qüvvələr Gününü qalib xalq kimi qeyd edir.”
Bunu 7NEWS.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib: "Bu qələbənin memarı Müzəffər Ali Baş Komandanımızın rəhbərlik etdiyi şanlı Azərbaycan ordusudur. Ordumuzun hər zaman daha gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Möhkəm maddi-texniki baza güclü ordu üçün əsas şərtlərdən biridir və hər zaman Azərbaycanda prioritet olaraq qalmaqdadır.
Bu il Azərbaycanın müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha gücləndirilməsi üçün dövlət büdcəsində 6 milyard 54 milyon manat vəsait nəzərdə tutulub. 2023-cü ilin dövlət büdcəsi dürüstləşdirilən zaman bu istiqamətə əlavə1 milyard 105 milyon manat vəsait ayrıldı. Azərbaycanın müdafiə xərcləri Ermənistanın ümumu dövlət büdcəsinin xərclərinin 56.0 faizindən çoxdur. Savaş başa çatsa da və münaqişə həll olunsa da belə hələ də sülh müqaviləsinin imzalanmaması regiondakı stabilliyin kövrək olmasından xəbər verir. Bu isə müdafiə qabiliyyətinin hər zaman daha da gücləndirilməsini tələb edir. Regionda sülhün qarantı da məhz güclü Azərbaycan ordusudur.
Bir daha, ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirəm.”
"Bu gün - 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür”
Bunu 7NEWS.az-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib: "Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Bu əlamətdar gündə Vətən uğrunda həlak olmuş qəhrəman oğullarımızın nurlu xatirəsini ehtiramla yad edir, onların doğma və yaxınlarına səbir arzulayırıq! Bütün əsgər və zabitlərimizi səmimi-qəlbdən təbrik edir, Uca Tanrıdan onların hər birinə möhkəm cansağlığı, sevinc, sevgi və səadət, doğma Azərbaycanımıza sülh və əmin-amanlıq bəxş etməsini diləyirik!
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə, qəhrəmanlığınıza, şücaətinizə, cəsarətinizə və dözümlülüyünüzə görə sizə minnətdarıq! "
Mənsur Mustafayev
7NEWS.az
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.5

Xəbər lenti
-
18:24“ASAN xidmət”də Türkiyənin rəsmi şəxsləri ilə görüşlər keçirilib
-
18:19Aqrar sığorta sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı genişlənir
-
12:22“Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında gənclərin rolu” adlı konfrans keçirilib
-
11:41Bakıda ilk dəfə "1st lNBA Eurasia Championship" beynəlxalq turnir keçiriləcək
-
10:41Azərbaycanın kənd təsərrüfatı naziri “Discover Horticultural Expo 2023 Doha” Beynəlxalq Bağçılıq Sərgisinin açılış mərasiminə qatılıb
-
12:43İslahatlar QHT-lərə də çatdı: böyük dəyişikliklər var - MÜSAHİBƏ
-
11:28VƏTƏNDAŞLIĞIMIZI QƏBUL EDƏN ERMƏNİLƏR TƏNTƏNƏLİ ŞƏKİLDƏ AND İÇMƏLİDİRLƏR- HÜQUQİ ŞƏRH
-
11:25Hikmət Hacıyev: "Qarabağda etnik təmizləmə və soyqırımı həyata keçirilmir"
-
11:23Vardanyanın milyardlıq mülkləri...
-
10:08Xocalıları xilas etmək üçün təslim olan Natiq Qasımov (VİDEO)
-
13:47“YAŞAT” Fondu müharibə əlillərinə dəstəyini davam etdirir
-
12:50Deputat Ramil Həsən Küçəkənd kəndində seçiciləri ilə görüşüb
-
09:39“Belə olmur e, əziz bacım, olmur belə...” – Elşən Musayevin yazısı
-
15:15Daha bir Xocalı qatili həbs edildi
-
11:09Şəmkir rayonunda gənc qızların təhsilə marağının artırılması ilə bağlı layihəyə start verilib
-
10:15Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
-
21:05Alındı, cənab Prezident!
-
14:56“Hamının bizimlə hesablaşmasının səbəbi odur: İlham Əliyev!”
-
14:49“Qadın gülərsə, qadın qurarsa, qadın bacararsa cəmiyyət çiçək açar” adlı layihəyə start verildi
-
14:06İlham Əliyev “Azərişıq” ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib
-
14:04Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Şamaxıda vətəndaşları qəbul edəcək
-
18:46Vitali Balasanyan da HƏBS OLUNDU
-
17:24Region gəncləri Anım Günündə şəhidlərimizi ehtiramla yad edib
-
10:18Mənəvi dəyərlərin təbliğində media və QHT-lərin rolunun artırılması konfransı keçiriləcək
-
15:27Şəhid Turalın məktubu
-
15:25Türk Dövlətləri Təşkilatı Kənd Təsərrüfatı Nazirlərinin 2-ci iclası çərçivəsində ikitərəfli görüşlər keçirilib
-
14:19Pulunuzun etibarlı artımı üçün nə etməli?
-
12:22TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısının iştirakçıları Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib
-
12:21“Xalq oyunları, sağlam gələcək” layihəsi icra olunur – FOTOLAR
-
19:55Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) kənd təsərrüfatı üzrə İşçi Qrupunun 3-cü iclası keçirilib
-
12:14İrsi qan xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası təşkil olunub
-
11:26Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərli Kürdəmirdə vətəndaşları qəbul edəcək
-
11:19HABER GLOBAL 5 yaşında - VİDEO
-
16:45Pambıqçılığa həsr olunmuş tarla seminarı keçirilib
-
15:36Aylıq 539 manata tam təmirli mənzillər
-
12:47“CƏNAB!!!”- Elşən Musayevin yazısı
-
12:44“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
16:31Hikmət Hacıyev: “Ermənistan 30 il ərzində işğal siyasəti aparsa da, Azərbaycan səhifəni çevirməyə hazırdır”
-
16:24Regional sabitliyə REGİONAL LİDERLƏ - "Qafqaz evi" ideyası reallaşır
-
13:51“Paşinyan belə reallığı qəbul edib, amma Əli Kərimli, Tofiq Yaqublu yox…” – DEPUTATDAN SƏRT SÖZLƏR!
Digər xəbərlər
-
GÜNDƏM, MANŞET, SİYASƏT
Ankarada Ulu Öndərin və Türkiyənin 100 illiyinə həsr olunmuş konfrans təşkil edilib
-
GÜNDƏM, MANŞET
Qüdrətli ordumuz bizim müzəffər və yenilməz xalq olduğumuzu nümayiş etdirib - MÜNASİBƏT
-
GÜNDƏM, MANŞET, TƏHLİL
“Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi” - QURTULUŞ GÜNÜ
-
GÜNDƏM, MANŞET
Əlaqələndirmə Qərargahının Laçın şəhərində növbəti iclası keçirilib
-
GÜNDƏM, MANŞET, TƏHLİL
“Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu” - TƏHLİL
-
GÜNDƏM, MANŞET, SİYASƏT
Azərbaycan Avropanın yeni enerji təhlükəsizliyi arxitekturasında mövqeyini möhkəmləndirir
-
GÜNDƏM, MANŞET
7NEWS.az saytı 9 yaşını qeyd edir
-
GÜNDƏM, MANŞET
"Müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir" - Əli Hüseynli yazır
-
GÜNDƏM, MANŞET
Azərbaycanın təklif etdiyi sülh konsepsiyasından başqa çıxış yolu yoxdur - TƏHLİL