“Sərhəd-keçid məntəqəsinin qurulması çox ciddi uğurdur!” – Elşən Musayev

“Sərhəd-keçid məntəqəsinin qurulması çox ciddi uğurdur!” – Elşən Musayev
"Laçın yolunda Azərbaycana aid sərhəd-keçid məntəqəsinin qurulması çox ciddi uğurdur. Bu münasibətlə mən hər kəsi təbrik edirəm. Eyni zamanda düşünürəm ki, məlum hadisə həm də erməni provokasiyalarının qarşısını alacaq və sülh prosesini sürətləndirəcək.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Bundan sonra erməni canişinlər oradan silah-sursat keçirə, bölgədə digər təxribatlar törədə bilməyəcəklər. Artıq hər şey nəzarətdədir. Sərhədimiz əmin əllərdədir. Qəhrəman zabitlərimiz, igid sərhədçilərimiz iş başındadır.

Təbii ki, suveren ərazimizdə belə bir strateji məntəqənin varlığı çox şeyi dəyişəcək və onsuzda mövcud olan üstünlüyümüzü daha da genişləndirəcək.” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti