“Aksiya iştirakçılarının mövqeyini dəstəkləyirəm” – Elşən Musayev

“Aksiya iştirakçılarının mövqeyini dəstəkləyirəm” – Elşən Musayev
"Azərbaycan QHT təmsilçilərinin, jurnalistlərin, digər iştirakçıların düzənlədiyi aksiya ədalətlidir, düzgündür və haqlıdır. Onlar vətəndaş mövqeyindən çıxış edirlər və bu mövqeni dəstəkləyirəm” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Rusiya sülhməramlıları üçtərəfli razılaşmalardan irəli gələn öhdəliklərə əməl etməlidir. Amma edirlərmi? Təəssüf ki, etmirlər. Ona görə də vətəndaş cəmiyyətinin üzvləri haqlı iradlarını bildirirlər, aksiya keçirirlər. Bəli, bu aksiya hələ ekoloji problemlərlə bağlıdır. Üstəlik, tələblər də aydındır. Və əsas tələb Volkovun gəlməsindən, bölgədə baş verənlərlə bağlı izahat verməsindən ibarətdir. Ona görə də Rusiya tərəfi çalışmalıdır ki, bütün problemlər tezliklə həllini tapsın, məsələ böyüməsin və aksiya iştirakçılarının haqlı tələbləri təxirəsalınmaz şəkildə yerinə yetirilsin.” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti