Əli Hüseynli: Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin təsis edilməsi çoxşaxəli hüquqi islahatlara mühüm töhfədir

20 May 2022, 17:35
20 May
2022
17:35
116
Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxs yaradılması barədə imzaladığı Fərman böyük əhəmiyyət kəsb etməklə Azərbaycanda həyata keçirilən ardıcıl hüquqi islahatlar çərçivəsində müstəqil, demokratik, hüquqi dövlət quruculuğu prosesinə mühüm töhfədir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.
Əli Hüseynli qeyd edib ki, Mərkəzin Nizamnaməsində nəzərdə tutulan müddəalar hüququn müxtəlif sahələri üzrə islahatların həyata keçirilməsini və normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsini hədəfə alır.
Bildirilib ki, bu formatda olan dövlət təsisatları bir sıra xarici ölkələrdə mövcuddur və onlar hüquq sahəsində əhəmiyyətli nəticələrin əldə olunmasına kifayət qədər müsbət təsir göstərirlər. Bu baxımdan, "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin yaradılması prosesində beynəlxalq təcrübənin öyrənilməsi və nəzərə alınması yeni qurumun hüquqi islahatlar kontekstində fəaliyyətinin səmərəsini bir qədər də artıracaq.
Əli Hüseynli diqqətə çatdırıb ki, bu proses hələ 1993-cü ildə - Heydər Əliyevin Azərbaycana rəhbərliyinə qayıdışı ilə başlanmışdı. Demokratik hüquqi dövlət quruculuğunun, insan hüquq və azadlıqlarının fundamental prinsiplərinin qərar tutmasına zəmin yaradan ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsinə yönəlik islahatlar Ulu Öndərin siyasi xəttinin əsasını təşkil etmişdir. Heydər Əliyev bu istiqamətdə ardıcıl siyasət yürüdərək, ilk növbədə, ölkəmizdə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradılmasını təmin etmişdir.
Həmin dövrdə ölkəmizdə hüquqi dövlət quruculuğuna və hüquq sisteminin islahatına müstəsna əhəmiyyət verən Ümummilli Lider 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaratmış və ona rəhbərliyi bilavasitə öz üzərinə götürərək islahatlara şəxsən rəhbərlik etmişdir.
Hüquqi islahatların əhəmiyyətinə dəyər verilməsi baxımından bu sahənin bu gün də ən yüksək səviyyədə prioritet istiqamət kimi müəyyən edildiyini vurğulayan Milli Məclisin komitə sədri deyib ki, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin yaradılması barədə Fərmana əsasən, Mərkəzin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada Mərkəzin idarəetmə orqanları həyata keçirirlər. Mərkəz hər il fəaliyyətinə dair hesabatı dövlət başçısına təqdim edəcəkdir. Göründüyü kimi, hüquqi islahatların gedişi və dövlətçilik prinsiplərinə ardıcıl olaraq riayət olunması Azərbaycan Prezidentinin bilavasitə nəzarəti altındadır və bu, islahatların uğurlu nəticələrini şərtləndirən əsas amildir.
"Diqqətçəkən məqamlardan biri də budur ki, Mərkəzə ümumi rəhbərliyi həyata keçirən Müşahidə Şurasında hakimiyyətin bütün qollarının təmsilçiliyi nəzərə alınmışdır.
Bütün bunlar belə bir əminlik yaradır ki, normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, dövlət orqanları əməkdaşlarının bilik və bacarıqlarının inkişaf etdirilməsi, hüquqi maarifləndirmə, hüquqi ekspertizanın keçirilməsi və hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsi və bunlarla bağlı işlərin səmərəli əlaqələndirilməsi sahəsində fəaliyyət göstərəcək Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi qısa zamanda Azərbaycanda gedən davamlı hüquqi islahatların əhəmiyyətli həlqəsinə çevriləcəkdir”, - deyə Əli Hüseynli vurğulayıb.
Xəbər lenti
-
10:39“Aşqabaddakı Zirvə Toplantısında cənab Prezident İlham Əliyev çox mühüm mesajlar verdi” – Elşən Musayev
-
01:00"RT Group Academy”dən möhtəşəm təklif – HƏR KƏS TƏLƏBƏ OLACAQ
-
14:42“Zərurət yaransa, düşmənin başını növbəti dəfə əzəcəyik” AÇIQLAMA
-
13:22Media nümayəndələri üçün “Vergi sistemi, vergi qanunvericiliyi və inzibatçılığı” mövzusunda təlim keçirilib
-
12:20Gündəlik 13 manata mənzil sahibi ola bilərsiniz – Xəzər İnşaat
-
10:58Bakıya göndəriləcək yeni ABŞ səfirinin “sirri”
-
10:29Deputat Çiyni kəndində seçicilərlə görüşüb
-
16:56Deputat Ramil Həsən Ucar rayon Heydər Əliyev Mərkəzində seçiciləri qəbul edib
-
16:52Gənclər üçün ödənişsiz ilk yardım təlimləri başa çatıb
-
16:16Daha 7000 nəfərə "Müharibə veteranı" adının verilməsi ilə bağlı qərar qəbul edilib
-
14:28Milli Məclisdə Venesuela parlament nümayəndə heyəti ilə görüş olub
-
21:39Vüsal Quliyev: Bəzi məqamlarda özüm də müsabiqənin nəticələrindən narazı qalıram
-
12:32Lavrov: “İrəvan sülh danışıqlarına hazırdır”
-
15:48“Söyüş tribunası Əli Kərimlinin, Gültəkin Hacıbəylinin məbədgahına çevirilib” – Elşən Musaye
-
12:27“QHT ziyarətləri” layihəsi davam edir.
-
18:50Şamaxıda dövlət qulluqçularının peşə bayramı günü qeyd olunub
-
15:19“İsmayıllının Zəfər Şəhidləri” adlı kitabın təqdimatı baş tutdu — FOTOLAR
-
11:57“Putin NATO”sundan çıxan Özbəkistan Bakı ilə hərbi ittifaq qurmaq yolunda
-
11:09QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
11:05Azərbaycan – Özbəkistan əlaqələri genişlənir
-
00:45Şamaxı rayonunda gənc rəssam Şahin Nəcəfovun ilk fərdi sərgisi açılıb
-
00:12Əbülfəz Elçibəyin anadan olmasından 84 il ötür
-
18:07Azərbaycan-Özbəkistan münasibətləri: TARİXİ DOSTLUQ VƏ QARDAŞLIQ
-
17:21QHT-dövlət münasibətlərinə həsr olunmuş sonuncu Respublika zona konfransı Bakıda keçirilib
-
12:15Bu həftə Bakıda və Abşeronda “Kənddən Şəhərə” yarmarkaları keçiriləcək
-
14:40Ulu Öndər Heydər Əliyev dayanıqlı inkişafın təməlini qoyub - Deputat
-
13:07Elşən Musayev: “Ölkə ərazisinin 20 faizinin təməli yenidən qoyulur”
-
10:59“İlham Əliyevin Özbəkistana səfəri tarixi hadisədir” – Millət vəkili
-
10:39"Azərbaycan - Özbəkistan münasibətlərində yeni mərhələ başlayır"
-
10:20Daşkənddə Özbəkistan və Azərbaycanın müvafiq qurumları arasında bir sıra sənədlər imzalanıb
-
19:23Bolonya Universitetinin nümayəndə heyətinin Azərbaycana səfəri yekunlaşıb
-
19:20Kənd təsərrüfatının model əsaslı proqnozlaşdırma metodologiyası ilə bağlı Almaniyanın tədqiqat institutu ilə əməkdaşlığa başlanılıb
-
17:24Rəqsanə Kərimova: "Venesiya Komissiyası MEDİA-nın arqumentlərinin bir qismini nəzərə alıb" - MÜSAHİBƏ
-
16:23Audiovizual Şura Venesiya Komissiyasının rəyinə cavab verib
-
15:35“Ermənilər mənfur xislətlərinə, qara niyyətlərinə uyğun hərəkət edirlər” AÇIQLAMA
-
14:34Kəlbəcər və Laçın yaylaqlarındakı qoyunçuluq təsərrüfatlarında monitorinqlər keçirilir
-
11:25Laçının mərkəzinin təhvil zamanı... - bir videonun özü ilə gətirdiyi gerçəklik
-
09:14Azərbaycan MN: "Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub"
-
22:18Media Agentliyi Venesiya Komissiyasının “Media haqqında” Qanuna dair rəyinə münasibət bildirib
-
17:28“Gənclər Davamlı İnkişaf üçün” layihəsinin ilk mərhələsinə yekun vurulub
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022
29 İyun 2022
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022
22 İyun 2022
21 İyun 2022
20 İyun 2022
Digər xəbərlər
-
GÜNDƏM, MANŞET, SOSİAL
Əli Hüseynli: Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin təsis edilməsi çoxşaxəli hüquqi islahatlara mühüm töhfədir
-
GÜNDƏM, MANŞET, SOSİAL
Azərbaycan – Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib
-
GÜNDƏM, MANŞET, SOSİAL
Şəhid Əzim Həsənova həsr edilmiş film geniş ictimaiyyətə təqdim edildi - FOTOLAR
-
GÜNDƏM, MANŞET, SOSİAL
Fuad Muradov buna görə sərt tənqid edildi: "Üstümüzə sel yox, DAŞQIN gəlir"
-
GÜNDƏM, MANŞET, SOSİAL
Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə dəstək layihəsi elan etdi
-
GÜNDƏM, MANŞET, SOSİAL
MEDİA-nın birinci könüllülük proqramı uğurla yekunlaşıb
-
GÜNDƏM, MANŞET, SOSİAL
Milət vəkili: "MEDİA-nın qısa zamanda həyata keçirmiş olduğu tədbirlər mediamızın sistemli inkişafını təmin edir"
-
GÜNDƏM, MANŞET, SOSİAL
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Jurnalistlər üçün müsabiqə elan edir!
-
GÜNDƏM, MANŞET, SOSİAL
Əhməd İsmayılov: Məqsədimiz Azərbaycan mediasını güclü görməkdir