“İlham Əliyev Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunu reallığa çevirdi” - TƏHLİL

"Mayın 9-da, bəli, məhz 9 Mayda Şuşada Atatürk küçəsinin lövhəsinin açılışını etməklə Azərbaycan Prezidenti cənab İlham Əliyev yeni geosiyasi reallığı növbəti dəfə göz önünə sərmiş oldu. Xatırladım ki, Azərbaycan Prezidenti Şuşada açılışlar edərkən
təkcə forpost Ermənistanın deyil, Mərkəzi Asiya dövlətlərin başçıları da Moskvada idilər və onların Vladimir Putinlə birgə parada qatılmalarını Ukrayna dostluqdan uzaq hərəkət kimi qiymətləndirdi.”
Bunu 7NEWS.az-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Bu öz yerində, amma mən sizin diqqətinizi başqa şeyə yönəltmək istəyirəm. Demək, 2009-cu ildə Türk dövlətlərinin Naxçıvanda keçirilən sammitində cənab İlham Əliyev öz çıxışında niyə Zəngəzurun Azərbaycandan alınaraq Ermənistana verilməsinə də aydınlıq gətirmişdi. O, Türkiyə ilə Azərbaycan arasında birbaşa quru yolun aradan qaldırılması və türk dünyasını parçalamaq məqsədi ilə bunun edildiyini bildirmişdi.
Türkiyənin Prezidenti seçilmək istəyən Kılıçdaroğlu isə bu günlərdə guya özünün yeni "türk yolu" layihəsini təqdim edirdi ki, o, Zəngəzurdan və təbii ki, Azərbaycandan da yan keçir. İndi anlaşıldımı niyə İran qarışıq bizim ikinci Qarabağ savaşında qazandığımız qələbəni həzm etmək istəməyən, Zəngəzur dəhlizinin açılmasının əleyhinə çıxan dövlətlərin hamısı məhz Kılıcdaroğlunun Prezident seçilməsi üçün əllərindən gələni əsirgəmir, Türkiyədə təsirləri altında olanları açıq şəkildə ona səs verməyə çağırırlar? Çünki onun yenicə təşəkkül tapmağa başlayan türk birliyinə böyük zərbə vuracağına, yöndəmsiz siyasəti ilə Türkiyəni yenidən ikinci dərəcəli dövlətlərin sırasına qoşacağına əmindirlər.
Ancaq ortada əsrlərin sınağından başı dik çıxan, heç kimə boyun əyməyən türk xalqı var. Əminəm ki, bu böyük xalq hər şeyi görür, Türkiyəni gözü götürməyənlərin niyyətlərinin nə olduğunu, nədən Kılıçdaroğluna üstünlük verdiklərini çox gözəl anlayır. Və sandıq başında da bunu göstərəcəklər.”
"Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Ölkə rəhbəri, Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı onun bu arzusunu reallığa çevirdi.”
Bunu 7NEWS.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib: "Bu gün biz hər birimiz müstəqil, güclü və bütöv Azərbaycanın sakinləriyik”. Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Vüqar İskəndərov bildirib ki, Sovet Azərbaycanın ən çiçəklənən dövrü məhz 1969-82-ci illəri əhatə edir: "Əlbəttə bu Sovet imperiyasının bizə qarşı olan müsbət yanaşması deyildi. Sadəcə olaraq onda Azərbaycan rəhbərliyində Heydər Əliyev kimi güclü, iradəli bir sima var idi. O Azərbaycanı ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə gətirib çıxarmışdı. Müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı məhz o illərdə formalaşıb. Məhz o illərdə yetişmiş kadrlar müstəqil Azərbaycanda və bu gün də fəaliyyət göstərərək bizim ümumi inkişafımızı təmin edirlər. Heydər Əliyev SSRİ rəhbərliyində də təmsil olunduğu zamanlar Azərbaycanın əleyhinə atılan hər hansı bir addımın reallaşmasına imkan vermirdi. Məhz buna görədir ki, ölkəmizin başını alan qara buludlar 1987-ci ildən sonra başladı. Ulu öndərin 1987-ci ildə istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmışdılar. Bu bir faktdır ki, əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. Təəsüflər olsun ki, bu əməllər 90-cı illərin əvvəlləri də davam etdi. Nəticədə isə müstəqillik qazanmaq istəyən bir ölkə 1 milyon qaçqını olan və yer üzündən silinmək ərəfəsində olan bir ölkəyə çevrildi. Bütün həyatını xalqının rifahına həsr edən Heydər Əliyev yenə Azərbaycan xalqını tək qoymadı. Bu çətin vəziyyətdən xilas etmək üçün özünü bir daha odun içinə atdı. Xalq məhz Heydər Əliyevi özünə rəhbər seçdi, bu, demokratiyanın əsl təntənəsi idi. Xalqın xilaskarı Ulu Öndərin ikinci dəfə Azərbaycan rəhbərliyinə gəlməsindən sonra ölkəmiz yenidən dirçəlməyə inkişaf etməyə başladı. Heydər Əliyev 1993-cü ilin oktyabrında böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Dərhal ciddi islahatlara başlanıldı. Bütün azadlıqlar təmin edildi. AXC-Müsavat cütlüyü tərəfindən tətbiq edilmiş antidemokratik senzura qaydaları ləğv edildi. Azərbaycan dünyaya açıldı, beynəlxalq təcridə son qoyuldu. Böyük diplomatik səylər göstərildi, Qarabağ həqiqətləri dünya ictimaiyyətinə çatdırıldı, beynəlxalq təşkilatlar işğalla bağlı ədalətli və bizim mövqeyimizi gücləndirən qərar və qətnamələr qəbul etdilər. 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin kontraktı” isə ölkəmizin inkişafında növbəti bir dönüş nöqtəsi idi. Bu gün də biz həmin çəkilən əziyyətin bəhrələrin görürük. Əgər bu gün güclü Azərbaycan varsa onun bünövrəsini məhz Ulu Öndər qoymuşdur.”
"Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfəri zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməlini qoyub.”
Bunu 7NEWS.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib: "Layihə 2040-cı ilədək perspektiv inkişaf nəzərə alınmaqla Füzuli şəhərində 50 min nəfərin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanıb.
Layihə çərçivəsində 15 subartezian quyusunun qazılması, uzunluğu 10,7 kilometr olan magistral su kəmərinin, tullantı sutəmizləyici qurğunun inşası, eyni zamanda, ümumi uzunluğu 103 kilometr olan su şəbəkəsinin qurulması və digər işlərin görülməsi nəzərdə tutulur.
Bir müddət öncə isə Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiq edilmişdi. Füzuli şəhərində hazırda intensiv şəkildə yaşayış binalarının inşaatı həyata keçirilir. Gözlənilir ki, gələn ilin əvvəllərində şəhərdə mindən çox ailə məskunlaşacaq. Bütövlükdə 2040-ci ilədək Füzuli şəhərində 50 min vətəndaşımızın məskunlaşacağı gözlənilir.
Yeni şəhər işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş əraziyə malik olacaq. Növbəti 20 ildə əhali sayı 1993-cü il ilə müqayisədə 2.5 dəfə artacaq və Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr olacaq. Piyada və velosipedlə hərəkət üçün ayrıca yollar çəkiləcək.
Əsasən yaşıllıqdan ibarət olan Füzuli şəhərinin mərkəzində 5 hektar Memorial Kompleksi salınacaq. Orada İşğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər parkı olacaq. Şəhəri əhatə edən yüksəklikdə Bayraq meydanı yaradılacaq. Füzuli şəhərində 21 hektarlıq Mərkəzi Park da salınacaq. Ərazidə 5000-dən çox Eldar şamı, həmişəyaşıl sərv, zeytun, Şərq çinarı, ağcaqayın və digər növ ağaclar əkiləcək. 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. İlk mərhələdə 1, 2, 3 və 4 otaqlı mənzillərdən ibarət 65 mənzilli 4-5 mərtəbəli yaşayış binaları inşa ediləcək. Məhəllədə çoxfunksiyalı binalar da olacaq. Ümumilikdə məhəllədə 2860 nəfərin yaşaması nəzərdə tutulur.
Şəhərdə çox mərtəbəli binalar ilə yanaşı az və ortamərtəbəli çoxmənzilli binalar da inşa ediləcək. Şəhərdə həyətyanı bağ sahələri olan fərdi evlər də tikiləcək.
Qarabağ bərpa olunur və yenidən qurulur. Artıq 30 illik həsrətdən sonra sakinlər mərhələli şəkildə öz dogma yurdlarına qayıdırlar. Gələn ildən isə qayıdış prosesi daha da sürətlənəcək.”
Mənsur Mustafayev
7NEWS.az
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.5

Xəbər lenti
-
18:46Vitali Balasanyan da HƏBS OLUNDU
-
17:24Region gəncləri Anım Günündə şəhidlərimizi ehtiramla yad edib
-
10:18Mənəvi dəyərlərin təbliğində media və QHT-lərin rolunun artırılması konfransı keçiriləcək
-
15:27Şəhid Turalın məktubu
-
15:25Türk Dövlətləri Təşkilatı Kənd Təsərrüfatı Nazirlərinin 2-ci iclası çərçivəsində ikitərəfli görüşlər keçirilib
-
14:19Pulunuzun etibarlı artımı üçün nə etməli?
-
12:22TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısının iştirakçıları Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib
-
12:21“Xalq oyunları, sağlam gələcək” layihəsi icra olunur – FOTOLAR
-
19:55Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) kənd təsərrüfatı üzrə İşçi Qrupunun 3-cü iclası keçirilib
-
12:14İrsi qan xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası təşkil olunub
-
11:26Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərli Kürdəmirdə vətəndaşları qəbul edəcək
-
11:19HABER GLOBAL 5 yaşında - VİDEO
-
16:45Pambıqçılığa həsr olunmuş tarla seminarı keçirilib
-
15:36Aylıq 539 manata tam təmirli mənzillər
-
12:47“CƏNAB!!!”- Elşən Musayevin yazısı
-
12:44“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
16:31Hikmət Hacıyev: “Ermənistan 30 il ərzində işğal siyasəti aparsa da, Azərbaycan səhifəni çevirməyə hazırdır”
-
16:24Regional sabitliyə REGİONAL LİDERLƏ - "Qafqaz evi" ideyası reallaşır
-
13:51“Paşinyan belə reallığı qəbul edib, amma Əli Kərimli, Tofiq Yaqublu yox…” – DEPUTATDAN SƏRT SÖZLƏR!
-
11:46Sabirabadda "Səyyar Soft təlimlər" layihəsi həyata keçirilib
-
11:22Qarabağ erməniləri ilə danışıqları Azərbaycan tərəfindən kim aparır?
-
11:16Azərbaycan Gənc Tamaşaçılar Teatrında “Balaca Kişilər” tamaşası oynanılacaq
-
15:31Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Uğurlu neft strategiyası” adlı tədbir keçirilib.
-
11:58Tanınmış aparıcı, müənni Naid Şadxan bütün əyləncəli proqramlarını ləğv etdi
-
09:04“Dəniz Mall”-da “Sağlam olaq – Donor olaq” şüarı altında qanvermə aksiyası təşkil olunacaq
-
19:09“Aqroservis” ASC gübrənin satış qiymətində endirim edib
-
19:08Mina qurbanları və Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri BMT-yə birgə müraciət ünvanlayıblar
-
15:07Terror təşkilatçıları öz layiqli cavablarını alacaqlar - ƏLİ HÜSEYNLİ
-
14:49Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov Hacıqabulda vətəndaşları qəbul edib
-
14:08Ermənistan silahlı qüvvələrinin “Tor” ZRK-sının məhvedilmə GÖRÜNTÜLƏRİ - VİDEO
-
14:04“Qisasımız ağır olacaq!” – Elşən Musayev
-
13:24“Fuad Qəhrəmanlının lideri Azərbaycan siyasətinin ən vicdansız nümayəndəsidir” MİLLƏT VƏKİLİ MÜNASİBƏT BİLDİRDİ
-
12:28“SSRİ qanla bərpa ediləcək” iddiası - Putinin deputatını kim danışdırır?
-
18:01Yeni təhsil portalı fəaliyyətə başladı-Edutime.az
-
15:50Millət vəkili Ramil Həsən Ucarda növbəti xoşməramlı aksiyaya start verdi
-
15:01“Bilik günü” münasibəti ilə İrsi qan xəstəliyindən əziyyət çəkən uşaqlara hədiyyələr təqdim olundu
-
18:58“Gətirdiyin, bəxş etdiyin demokratiya bax budur, əlahəzrət Amerika!”
-
15:01“Gənc Mülki Müdafiəçilər” düşərgəsinə yekun vurulub
-
09:30Hərbçimiz həlak oldu
-
16:58ASAN könüllülərindən növbəti səhnə işi
Digər xəbərlər
-
“İlham Əliyev Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunu reallığa çevirdi” - TƏHLİL
-
Putin Ukraynada bütün cəbhəboyu atəşkəs elan edib
-
İNCİ şirkətlər qrupundan nümunəvi addım: Xüsusi qayğıya ehtiyacı olan uşaqlar belə sevindirildi
-
"Neptun-la 20 il" uduşlu lotereya kampaniyası başladı: AVTOMOBİL, ONLARLA HƏDİYYƏ (SİYAHI+VİDEO)
-
Tədarük məntəqələrinə 150 min tona yaxın pambıq təhvil verilib
-
Respublikada pambıq yığımı davam edir
-
“Qarabağ” klubu Azərbaycan adına, idmanımız adına çox böyük işlər görür” – DEPUTAT
-
"Yelo Bank"dan sərfəli mikro kredit
-
Azərbaycanda ilk dəfə iribuynuzlu heyvanlarda embrion transferi həyata keçiriləcək