“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
15 Yanvar 2024, 17:08
15 Yanvar
2024
17:08
252
Diqqətlər Davosda; Bugün 54-cü Dünya İqtisadi Forumu başlayır.
"InvestAZ İnvestisiya Şirkəti”nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
ABŞ-da proqnozların üzərində açıqlanan İstehlak Qiymətləri İndeksi (CPI) göstəriciləri fonunda ABŞ dolları ötən həftənin son ticarət günündə digər major valyutalara qarşısında güclü mövqelərini qorumağa çalışır. Dekabr ayı üzrə CPI məlumatları aylıq müqayisədə 0.3%, illik müqayisədə isə 3.4% artaraq, aylıq 0.2%-lik və illik isə 3.2%-lik artım təxminlərini üstələyib.
Yüksək inflyasiya rəqəmlərinə baxmayaraq, bazar iştirakçıları Federal Ehtiyatlar Sisteminin potensial faiz dərəcəsini azaltması ehtimallarının mövcudluğuna inanırlar. Analitiklər mart ayında 25 bəndlik azalma ehtimalını 73.2% olaraq qiymətləndirirlər. Bu gözləntiyə bir neçə sonrakı endirimlərin mümkünlüyü də daxildir.
Lakin qeyd etmək lazımdır ki, hazırda bazar gözləntiləri, faktiki məlumatlar və Federal Ehtiyatlar Sisteminin mövqeyi arasında ciddi uyğunsuzluqlar müşahidə olunur.
Çərşənbə günü ABŞ-nın Pərakəndə Satış Dövriyyəsinin həcminə dair göstəricilər iqtisadi artımın əsas göstəricisi olan istehlak xərclərinin daha yüksək faiz dərəcələri qarşısında dayanıqlı olub olmadığını göstərən əlamətlər səbəbindən yaxından izləniləcək.
Qeyd edək ki, ABŞ Federal Ehtiyatlar Sistemi (FED) inflyasiyaya nəzarət etmək üçün ötən il faiz dərəcələrini artırıb. Lakin qiymət artımlarının yavaşlaması ilə bu il faiz dərəcələrinin azaldılmasının potensial tempi və iqtisadiyyatın resessiyadan qaça bilməyəcəyi ehtimalları bazarlara kölgə salan əsas qeyri-müəyyənliklərdir.
Noyabrda 0.3%-lik artımdan sonra pərakəndə satışların dekabr ayında 0.4% artacağı proqnozlaşdırılır.
Tikintisinə Başlanılan Mənzillərin Sayı və Mövcud Ev Satışları İlə Bağlı göstəricilər yüksək borclanma xərcləri qarşısında mənzil bazarlarının dayanaqlığı ilə bağlı ipucu verə bilər.
İnvestorlar həmçinin FED-in qubernatoru Kristofer Uoller, eləcə də, Atlanta FED-in sədri Rafael Bostic və San-Fransisko FED-in sədri Meri Deyli də daxil olmaqla bir neçə FED rəsmisini dinləmək imkanı əldə edəcəklər.
Nəticədə dolların altı valyuta səbəti qarşısında gücünü ölçən Dollar indeksi geridə qoyduğumuz həftə ərzində 102.00 - 102.50 hədləri arasında üfüqi dalğalanmış DXY həftəlik şamını 102.50 bənd səviyyəsində bağladı. Analitiklər hesab edirlər ki, Dollar indeksi 103.50 bənd səviyyəsindəki müqavimət həddinin altında qaldığı müddətcə, dollarda eniş tendensiyası davam edə bilər.
İnvestorlar cari həftə ərzində birjalarda, xüsusən valyuta bazarlarında tendensiyaların necə irəliləyəcəyinə dair suallara aydınlıq gətirmək üçün, Amerikada açıqlanacaq İlk dəfə İşsizlik Müavinatı üçün Müraciət Edənlərin Sayı, Filadelfiya FED-dən Biznes Aktivliyi İndeksi və Məşğulluq İndeksi, Avrozonada, Almaniyada İstehlak Qiymətləri İndeksi, eləcə də, İngiltərədə Əmək bazarına dair statistik rəqəmlər və İstehlak Qiymətləri İndeksi kimi önəmli iqtisadi göstəriciləri yaxından izləyəcəklər.
Bazar iştirakçıları bu həftə həmçinin Kanadada və İsveçrədə İstehlak Qiymətləri İndeksi göstəricilərini və İsveçrə Mərkəzi Bankının sədri Tomas Cordanın çıxışını diqqət mərkəzində saxlayacaqlar.
Davos
Bugün İsveçrənin Davos şəhərində "Güvənin bərpası” adlı 54-cü Dünya İqtisadi Forumu başlayır.
Siyasi xadimlər, mərkəzi bank rəhbərləri və biznes liderləri; Ukrayna və Qəzzadakı müharibələr, ticarət narahatlıqları və gündəmdə olan borc səviyyələri ilə bağlı çətin qlobal iqtisadi mənzərəni müzakirə edəcək.
Davosda iştirak edən yeganə G7 lideri olan Çinin ölkə başçısı Li Qiang və Fransa prezidenti Emmanuel Makronun xüsusi çıxışları gözlənilir.
Davos Forumu çərçivəsində Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın üç çıxışı planlaşdırılır.
Forumda həmçinin Beynəlxalq Valyuta Fondunun idarəedici direktoru Kristalina Georgieva, Dünya Bankının prezidenti Ajay S. Banqa və Dünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonjo-İveala da iştirak edəcək.
EUR
Ötən həftəyə artımla başlayan EURUSD məzənnəsi Amerikada inflyasiya göstəricilərinin proqnozların üzərində açıqlanmasından sonra DXY-da mühaşidə olunan yüksəliş fonunda, EURUSD məzənnəsi 1.0995 hədlərində müqavimətlə qarşıalaşaraq 1.0940 hədlərinə kimi gerilədi.
Təhlillərə əsasən, EURUSD məzənnəsində "buğalar” qiyməti 1.09$ səviyyəsinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.
GBP
Ötən həftə ərzində 1.2785 hədlərinə qədər bahalaşan GBPUSD məzənnəsi daha sonra bir qədər geriləyərək həftəlik şamını 1.2750 səviyyəsində tamamladı. Cari həftə ərzində isə, İngiltərədən açıqlanacaq İstehlak Qiymətləri İndeksi, Pərakəndə Satış Dövriyyəsinin həcmi və əmək bazarına dair önəmli iqtisadi göstəricilər funt-sterlinqin valyuta birjalarındakı, xüsusilə də dollar qarşısındakı mövqelərinə ciddi təsir edə bilər.
NEFT
Qırmızı dənizdə Yəməndəki İranın dəstəklədiyi Husi qruplaşmasının təxribatları, ABŞ və Böyük Britaniyanın qruplaşmaya qarşı hücumları səbəbindən bir çox neft tankerinin Qırmızı dənizdən marşrutunu dəyişdirməsi ilə neft qiymətləri cümə günü 1% artıb. Görünən odur ki, gələn həftə qiymətlər dəyişməkdə davam edəcək.
Ən böyük neft ixracatçılarından olan Səudiyyə Ərəbistanının böyük qiymət endirimləri və həftənin əvvəlində xam neft ehtiyatlarında gözlənilməz artım tədarüklə bağlı narahatlıqları artırıb.
Ötən həftənin son ticarət günündə "WTI” və "Brent” nefti bahalaşaraq müvafiq olaraq, 75.15$ və 80.80$ səviyyələrini test etsələr də, burada müqavimətlə qarşılaşaraq ucuzlaşmış və həftəlik şamlarını 72.70$ və 78.30$ səviyyələrində bağladılar.
Analitiklərin proqnozlarına əsasən "buğalar” qiyməti 78$ həddinin üzərində qoruyub saxlaya bilsələr, "Brent” nefti yenidən 80$-a kimi bahalaşa bilər. 75$ həddi aşağıya doğru qırılacağı təqdirdə isə, növbəti dəstək hədləri kimi 73$ və 70$ səviyyələri çıxış edir. 78$ səviyyəsi yuxarıya doğru qırılacağı təqdirdə isə, "Brent” neft 80$ və 82$-a kimi bahalaşa bilər.
Lakin qeyd etmək lazımdır ki, analitiklərin fikrincə, geosiyasi risklərə baxmayaraq, xam neftə tələbat proqnozu zəif olaraq qalır.
XAUUSD
Ötən həftəyə 2044$ səviyyəsində start verən qızıl, gedişatda 2062$-a kimi bahalaşsa da, Amerikada proqnozların üzərində açıqlanan inflyasiya göstəricilərindən sonra ucuzlaşdı və həftəlik şamını 2049$ səviyyəsində bağladı.
İnvestorlar gələn il faiz endirimlərinin reallaşacağına əmin olsalar da, siyasi və iqtisadi qeyri-müəyyənliklər artır. Bu da, qızıl investorları üçün potensial olaraq müsbət günlər gətirə bilər.
Analitiklərin təhlillərinə əsasən "sarı metal”-ın qiyməti 2071$-ın üzərinə yüksəlsə və "buğalar” qiyməti bu həddin üzərində qoruyub saxlaya bilsələr, 2140$ hədləri yenidən test oluna bilər.
İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
"İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin
Tədris və Analiz Departamenti
"İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
_______________________
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və "İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Xəbər lenti
-
15:17Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
10:45Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi - ŞƏRH
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
12:59Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:12Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:54“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:19"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:574 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:18Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:32Fransa “ilhaq”a “Zvartnos”dan başladı
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM, TƏHLİL
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM, TƏHLİL
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM, TƏHLİL
“Laçın rayonda nəzarət-keçid məntəqəsinin yaradılması yalnız siyasi deyil, eyni zamanda, iqtisadi əhəmiyyətə malikdir” - TƏHLİL
-
GÜNDƏM, TƏHLİL
“Ali Baş komandan yüksək tribunadan bir daha bəyan etdi ki, Azərbaycan sülh danışıqlarına sadiqdir” – TƏHLİL
-
GÜNDƏM, TƏHLİL
Bizə Zəngəzur lazımdırmı? - Adil Əliyevin yazısı
-
GÜNDƏM, TƏHLİL
"Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət Azərbaycanın Beynəlxalq müstəvidə uğurlarının təməlidir"
-
GÜNDƏM, TƏHLİL, SİYASƏT
Putinin ümidi Çin bazarıdır - ŞƏRH
-
GÜNDƏM, TƏHLİL
“Şuşa bəyannaməsi”ndə Azərbaycan-Türkiyə iqtisadi yürüşü- Fikrət Məmmədov yazır
-
GÜNDƏM, TƏHLİL, SİYASƏT
Ramil Səfərov kimdir - qurban, qatil, yoxsa qəhrəman?